Spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında növbəti dəfə deputatlara irad tutub.

Buna səbəb zalda əyləşən deputatların telefonlarına zəng gəlməsi olub. Bunu eşidən spiker sərt reakiya verib:

"Ay millət vəkilləri, girmisiz Milli Məclisə. Hər dəfə sizə xəbərdarlıq edirik. Bu telefonlarınızı səssizə qoyun da!”.

Spiker eyni zamanda deputatlara son xəbərdarlığını da edib. O bildirib ki, bəzi millət vəkilləri günün birinci yarısı iclasa gəlirlər. İkinci yarısı isə burada olmurlar:

"Heç kim burada heç kimdən artıq deyil. Bura heç kimi zorla deputat seçməyiblər. Parlament ayda 3-4 dəfə iclas keçirir. Hamı vaxtında burada iştirak etməlidir. Bir gün gəlib, o biri gün gəlmirlər. Belə işləmək saymazlıq olur. Xahiş edirəm, həmkarlarınıza da bunu deyin”.