Dünya İqtisadi Forumunun təşkilatçıları Davosda keçirilən görüşlərin "Top-33”siyahısını hazırlayıblar.

Mia.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Davos görüşü forumun 33 ən mühüm hadisələrindən biri kimi dəyərləndirilib. Bununla bağlı forumun saytında deyilir:

"Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqların irəliləyişi üçün Dünya İqtisadi Forumu çərçivəsində mühüm görüşü keçirildi”.