"Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyəcək".
Mia.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putinin yanvar ayının 24 və 25-dəki iş qrafikində belə bir görüş nəzərdə tutulmayıb.
Xatırladaq ki, Paşinyan 24-25 yanvar tarixlərində Moskvada Avrasiya İqtisadi Şurasında sədrliyin Ermənistana keçməsi münasibətilə keçirləcək tədbirə qatılacaq.