Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib.
Mia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub.
Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.
Ş.Kazımov İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Bir neçə gün öncə İsmayıllı RPŞ-nin rəisi Telman Ağasiyev vəzifəsindən çıxarılaraq nazirliyin Baş Cinayət Axtarışı İdarəsinə təyinat alıb.