Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə "donuz qripi" virusunu yayılacağı barədə yayılan xəbərlərlə bağlı əhaliyə müraciət edib.

Mia.az nazirliyə istinadən bildirir ki, ölkədə "donuz qripi" virusu yoxdur: "Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır".