Bu dəqiqələrdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbər yayılıb.

Mia.az Gununsesi-info-ya istinadən xəbər verir ki, bununla bağlı DİN rəhbəri Ramil Usubov sərəncam verib.

Nazirin digər sərəncamı ilə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Məsələ ilə bağlı Faiq Şabanovla DİN-nin mətbuat xidmətinə edilən zənglər cavabsız qalıb.