Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnasakanyan bu gün səhər Parisdə ATƏT-in Misk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) ilə görüşüb.

Bu barədə Ermənistan XİN-in "Twitter”dəki səhifəsində yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, görüşdə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik də iştirak edib.

Xatırladaq ki, bu gün Parisdə Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək/Report.