Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç fevral ayında Azərbaycana səfər edəcək.

"Report” xəbər verir ki, o, Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindəki iclasa qatılacaq. 

Qeyd edək ki, Avropa Komissiyasının vitse-prezidenti ötən il fevral ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirak edib.