Bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert ilə görüşüb. 

Mia.az xəbər verir ki, bu barədə Tural Gəncəliyevin özü məlumat yayıb.

İcma sədri bildirib ki, görüşdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının mövqeyi haqqında səfirə ətraflı məlumat verib.