"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu ay görüş keçiriləcəyi xəbəri doğru deyil".

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Xəzər TV-yə deyib.

Leyla Abdullayeva bildirib ki, belə bir görüş nəzərdə tutulmayıb.

Xatırladaq ki, iki ölkə nazirinin bu ay görüşəcəyi haqda xəbəri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan yaymışdı.