Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisinin batması nəticəsində ölən 6 nəfərdən 4-ü Ukrayna vətəndaşıdır.
Bunu Ukraynanın Türkiyədəki səfirliyindən bildiriblər.
Onların adları açıqlanmayıb.
Hadisə nəticəsində yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Yuriy Çerkasov da ölüb. Onun meyiti gəminin batdığı ərazidən tapılaraq sudan çıxarılıb.
Dünyasını dəyişən 1 nəfərin isə hansı ölkə vəəndaşı olduğu hələlik məlum deyil/Report.