Mia.az unikal.org-a istinadən xəbər verir ki, Qoşqar Təhməzlinin müvafiq əmri ilə Camal Quliyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat departamentinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir neçə ay öncə Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılmışdı. Bundan sonra keçmiş rəis Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifəsinə təyinat alıb.
Bu günlərdə isə o, şöbə müdiri vəzifəsindən departament müdiri vəzifəsinə keçirilib.