Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu günləri açıqlanıb.
Mia.az-ın Nazirlər Kabinetinə istinadən məlumatına görə, məlumatda qeyd olunub ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.
Beləliklə, nazir və komitə sədrlərinin qəbul cədvəlini təqdim edirik:
Mərkəzi icra hakimiyyəti orqanı | Qəbul günü | Qəbulun keçirildiyi şəhər | Əhatə olunan şəhər və rayonlar |
Fikrət Məmmədov ədliyyə naziri | 07 | Ağdaş | Ağdaş, Yevlax, Ucar |
Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri | 16 | Ağdam | Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Xocavənd, Laçın |
Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi | 17 | Hacıqabul | Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad, Saatlı, Kürdəmir |
Zakir Qaralov baş prokuror | 18 | Şamaxı | Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir, Göyçay |
Azad Rəhimov gənclər və idman naziri | 18 | Abşeron | Abşeron, Sumqayıt, Xızı, Qobustan, Şamaxı |
Şahin Mustafayev iqtisadiyyat naziri | 18 | Qazax | Qazax, Ağstafa, Tovuz |
Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri | 18 | Xızı | Xızı, Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan, Şuşa |
Ceyhun Bayramov təhsil naziri | 18 | Neftçala | Neftçala, Şirvan, Salyan, Hacıqabul, Biləsuvar, Cəbrayıl |
Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri | 18 | İmişli | İmişli, Biləsuvar, Saatlı, Sabirabad |
Mikayıl Cabbarov vergilər naziri | 22 | Beyləqan | Beyləqan, Füzuli, İmişli, Ağcabədi, Laçın, Xocavənd |
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri | 22 | Siyəzən | Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz |
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri | 25 | Biləsuvar | Biləsuvar, Cəlilabad, Salyan, Neftçala, Cəbrayıl |
Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri | 25 | Neftçala | Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl |
Kəmaləddin Heydərov fövqəladə hallar naziri | 25 | Gəncə | Gəncə, Göygöl, Daşkəsən, Samux, Gədəbəy |
İnam Kərimov kənd təsərrüfatı naziri | 25 | Xaçmaz | Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən |
Əbülfəs Qarayev mədəniyyət naziri | 25 | Xızı | Xızı, Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan, Şuşa |
Oqtay Şirəliyev səhiyyə naziri | 25 | İmişli | İmişli, Beyləqan, Saatlı, Sabirabad |
Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri | 25 | Qobustan | Qobustan, Şamaxı, Ağsu, Hacıqabul |
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri | 25 | Şirvan | Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı |
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri | 26 | Şirvan | Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan |