Azərbaycan Prezidenti İlham Əliyev daxili işlər naziri general-polkovnik Ramil Usubovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov "Şöhrət” ordeni ilə təltif edilib.