Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının yeni sədri Tural Gəncəliyev dünən yeni rəhbər qismində ingilis dilində ilk tvitini atıb.

Mia.az xəbər verir ki, ingilis dilində yazılan tvitdə bu sözlər qeyd olunub:

” I’m IDP since 1992. Enough is Enough. I would like to exercise my inseparable right to return my native Shusha and to our house where I spent my childhood. #OSCEMG Co-Chairs”

– "Mən 1992-ci ildən məcburi köçkünəm. Yetərincə kifayətdir. Mən doğma Şuşaya və uşaqlığımın keçdiyi evimizə qayıtmağımın ayrılmaz hüququnu həyata keçirmək istərdim. # ATƏTMQ həmsədrləri”.

Tvitlə yanaşı yerləşdirilən iki fotoda işğaldan öncəki Şuşa şəhəri əks olunub.

Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının dekabrın 20-də keçirilən qurultayında yeni sədri seçilib.

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini  Hüquqşünaslıq ixtisası üzrə bitirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.