Fransada "Sarı jiletli"lərin aksiyasında qarşıdurma böyüyüb.

Mia.az "France 2" telekanalına istinadən bildirir ki, "Makrona istefa" şüarı ilə ölkə üzrə 31 min nəfərin qatıldığı aksiyada 1000-ə yaxın etirazçı həbs olunub.

Bu barədə açıqlama verən Daxili İşlər Nazirliyindən bildirilib ki, gün ərzində polislə bir neçə dəfə qarşıdurma yaşanan aksiyada 135 nəfər yaralanıb: "Etirazçılar Parisdə daha bir maşına od vurublar".

Məlumata görə, aksiyanın qarşısını almaq üçün 89 min polis, 12 min zirehli maşın səfərbər olunub.