ABŞ-ın 41-ci prezidenti Corc Buş 94 yaşında Teksas ştatının Hyuston şəhərində vəfat edib.

Mia.az-ın məlıumatına görə, bu barədə Amerikanın 43-cü prezidenti, oğul Corc Buş yazılı açıqlama yayıb.

Oğul Buş atalarının ölümündən çox kədərli olduqlarını bildrib və əlavə edib ki, atası yüksək xarakter sahibi olub: "Hər bir övladın istəyə biləcəyi ən gözəl  ata idi...".