Energetika nazirinin müavini Natiq Abbasov vəzifəsindən azad edilib.
Bu barədə Mia.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən azad edilib.
Natiq Abbasov 2009-cu ildən energetika nazirinin müavini vəzifəsində çalışıb.
