Belarusun paytaxtı Minsk şəhərində səfərədə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü başlayıb.

Mia.az BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, öncə iki ölkə liderlərinin təkbətək formatda daha sonra nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçiriləcək.

Görüşün yekunları üzrə bir sıra beynəlxalq sənədlərin imzalanacağı gözlənilir.