15 noyabr 2018-ci il tarixində Mia.az saytında Unikal.org-a istinadən "Əli Həsənovla bağlı şok məlumat - 2 milyard manat mənimsəyib” başlıqlı yazı verilib.
Bununla bağlı Mia.az-a açıqlama verən Azərbaycan Respublikasının Baş naziri müavini Əli Həsnovun köməkçisi Ramin Talıblı bildirib ki, həmin yazı heç bir həqiqətə uyğun olmayan, tam yalan bir məlumatdır:
"Həmin yazının digər xəbər portalları vasitəsi ilə də məsələnin araşdırılmadan yayılması dərin təəssüf hissi doğurur. Belə bir faktın və mənbənin olmadığı, sadəcə kiməsə və kimlərəsə şər atmaqla ucuz reytinq qazanmaq niyyəti daşımaqdan başqa bir şey deyildir".
Mia.az