Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
| Təşkilat Komitəsinin sədri | |
| Əli Həsənov | - Azərbaycan Respublikası Baş nazirinin müavini |
| Təşkilat Komitəsi sədrinin müavini | |
| Ramil Usubov | - Azərbaycan Respublikasının daxili işlər naziri |
| Təşkilat Komitəsinin üzvləri | |
| Elmar Məmmədyarov | - Azərbaycan Respublikasının xarici işlər naziri |
| Samir Şərifov | - Azərbaycan Respublikasının maliyyə naziri |
| Oqtay Şirəliyev | - Azərbaycan Respublikasının səhiyyə naziri |
| Fikrət Məmmədov | - Azərbaycan Respublikasının ədliyyə naziri |
| Ceyhun Bayramov | - Azərbaycan Respublikasının təhsil naziri |
| Azad Rəhimov | - Azərbaycan Respublikasının gənclər və idman naziri |
| Əbülfəs Qarayev | - Azərbaycan Respublikasının mədəniyyət naziri |
| Zakir Qaralov | - Azərbaycan Respublikasının Baş prokuroru |
| Səfər Mehdiyev | - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
| Mədət Quliyev | - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi |
| Elçin Quliyev | - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
| Nuşirəvan Məhərrəmov | - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri |
| Azay Quliyev | - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı |
| Fidumə Hüseynova | - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini |
| Rauf Zeyni | - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti. |
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 16–18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.