Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov işdən azad olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Mia.az xəbər verir ki, o, unikal.org-a özəl açıqlamasında bildirib ki, hazırda işdədir:

"İndi Bakı Dövlət Universitetində işdəyəm, pedoqoji kollektivin iştirakı ilə iclas keçirirəm".