Bu gün Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında 3 sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
"Şöhrət” ordeni ilə
Əliyev Adil Abas Əli oğlu
"Tərəqqi” medalı ilə
Abdullayeva Rasimə Rəşid qızı
Biryukova Larisa Nikolayevna
Rzayev Azay Qurbətoviç
Vəliyev Zəki Abdulla oğlu
Vəliyeva Vəsilə Aslan qızı
Zöhrabova Vəcihə Ramazan qızı.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Əməkdar elm xadimi”
Quliyev Hətəm Hidayət oğlu
"Əməkdar mühəndis”
Babazadə Oqtay Baba oğlu
İsrafilov Yusif Həbib oğlu.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:
Kəngərli Tələt Nəsrulla oğlu
Muxtarov Abdulvahab Şərif oğlu.