Prezident İlham Əliyev bu gün Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 4 988 000 (dörd milyon doqquz yüz səksən səkkiz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.