Bu gün ABŞ dövlət katibi Mayk Pompeo və maliyyə naziri Stiven Mnuçin İrana qarşı yeni sanksiyalara dair mətbuat konfransı keçiriblər.

Mia.az xəbər verir ki, Pompeo, Tehranın 12 tələb əsasında siyasi davranışını dəyişmədiyi halda, təzyiqin davam edəcəyini bildirib.

O, xarici şirkətləri təhdid edərək bildirib ki, İranla ticarətin davam etdirənlər ağır iqtisadi cəzalara məruz qalacaq.

Pompeo, həmçinin neft sanksiyalarından azad olan ölkələrin adlarını açıqlayıb. Onun sözlərinə görə, siyahıdakı ölkələr arasında Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə var.

Birləşmiş Ştatların maliyyə naziri sanksiyaların detallarını açıqlayıb və ümumən 700-dən çox fiziki şəxs, şirkət və təşkilatın boykot edildiyini söyləyib.