Prezident İlham Əliyev Qəzənfər Paşayevə "Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Mia.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qəzənfər Məmməd oğlu Paşayevə "Əməkdar elm xadimi” fəxri adı verilsin.