Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbul edəcəkləri tarixlər açıqlanıb.
Mia.az xəbər verir ki, onlar qrafikə uyğun olaraq bölgələrdə vətəndaşlarla görüş keçirəcəklər.
Hər bir nazirlə görüş mövzusu onların rəhbərlik etdikləri sahəyə uyğun olmalıdır.
Mərkəzi icra hakimiyyəti orqanı | Qəbul günü | Qəbulun keçirildiyi şəhər | Əhatə olunan şəhər və rayonlar |
Ceyhun Bayramov Təhsil naziri | 05 | Saatlı | Saatlı, Şirvan, Sabirabad, İmişli |
Fikrət Məmmədov Ədliyyə naziri | 08 | Balakən | Balakən, Zaqatala, Qax |
Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi | 15 | Masallı | Masallı, Cəlilabad, Biləsuvar |
Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri | 16 | Şəmkir | Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax |
Ramin Quluzadə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri | 16 | Bərdə | Bərdə, Yevlax, Tərtər, Ağdam |
Oqtay Şirəliyev Səhiyyə naziri | 16 | Tərtər | Tərtər, Bərdə, Goranboy, Ağdam |
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri | 16 | Xızı | Xızı, Sumqayıt, Abşeron, Siyəzən, Qubadlı, Zəngilan, Şuşa |
İnam Kərimov Kənd təsərrüfatı naziri | 17 | Tərtər | Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Laçın |
Zakir Qaralov Baş prokuror | 23 | Tərtər | Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın, Xocavənd |
Azad Rəhimov Gənclər və idman naziri | 23 | Göyçay | Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Kürdəmir, Ucar, Zərdab, Ağsu |
Şahin Mustafayev İqtisadiyyat naziri | 23 | Ağstafa | Ağstafa, Qazax, Tovuz |
Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri | 23 | Salyan | Salyan, Şirvan, Sabirabad, Saatlı |
Ramil Usubov Daxili işlər naziri | 24 | Sumqayıt | Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan |
Mikayıl Cabbarov Vergilər naziri | 26 | Lənkəran | Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar |
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri | 27 | İmişli | İmişli, Saatlı, Sabirabad, Beyləqan, Xocavənd |
Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri | 30 | Tovuz | Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux |
Əbülfəs Qarayev Mədəniyyət naziri | 30 | Cəlilabad | Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı |
Kəmaləddin Heydərov Fövqəladə hallar naziri | 30 | İmişli | İmişli, Saatlı, Sabirabad, Hacıqabul |
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri | 30 | Sumqayıt | Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Qubadlı |
Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri | 30 | Quba | Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən |