Gürcüstanda səslərin 100 faizə yaxını sayılıb. 

Mia.az xəbər verir ki, bu barədə Gürcüstan MSK rəsmi nəticələri açıqlayıb. 

Həmin nəticələri təqdim edirik:

Salome Zurabişvili – 38,66%
Qriqol Vaşadze – 37,7%
David Bakradze – 10,97%.
Şalva Natelaşvili – 3,76%
David Usupaşvili – 2,26%
Zurab Caparidze – 2,26%
Kaxa Kukava – 1,33%.

Politoloq Şahin Cəfərli isə Feysbuk-dakı səhifəsində soydaşlarımız yaşayan rayonlarda iqtidar və müxalifətin (cəm şəkildə) nəticələrinı açıqlayıb:

Qardabani: müxalifət – 60%, iqtidar – 40%;

Marneuli: müxalifət – 52%, iqtidar – 48%;

Dmanisi: müxalifət – 52%, iqtidar – 48%;

Bolnisi: iqtidar – 59%, müxalifət – 41%.

Kutaisi, Rustavi, Batumi, Poti, Zuqdidi kimi önəmli şəhərlərdə Vaşadze qalib gəlib. Tiflisin 5 dairəsində Vaşadze, 5 dairəsində Zurabişvili qələbə qazanıb, amma ümumilikdə müxalifət yüksək nəticə göstərib.

Xatırladaq ki, belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub. Bu isə təkrar seçki olacağı deməkdir.