Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən prezident seçkiləri günündə Marneuli şəhərindəki seçki məntəqələrindən birində dava etdiklərinə görə iki nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirliyin məlumatına görə, müxalif Milli Hərəkat Partiyası və hakim Gürcü Arzusu Partiyasının üzvləri arasında əvvəlcə söz atışması olub, mübahisə sonra dava səviyyəsinə çatıb.

"İki nəfər inzibati qayda pozuntusuna görə saxlanılıb. Dava faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 162-ci maddəsi (səsvermə ərazisində döyülmə və ya digər zorakılığa məruz qalma) ilə istintaq başlanıb", - deyə DİN-in bəyanatında bildirilir.

Bu gün Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. Ölkədə 3648 seçki məntəqəsi açılıb/Report.