Badamdardakı sürüşmə zonasında monitoqrinq davam edir.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargaha istinadən bildirir ki, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb: "Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb".