Milli Məclisin deputatlarına intizam tədbirlərinin tətbiqi qaydası dəyişdirilir.
Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 47-ci maddəsinə (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası) dəyişiklik təklif edilir.
Bu Qanunun 45-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində göstərilən əsaslara görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən Milli Məclisin deputatına xəbərdarlıq edə, onun sözünü kəsə və ya onu iclas salonundan çıxara bilər. Bir qayda olaraq, iclas salonundan çıxarma qaydanı kobud surətdə pozan deputatlara tətbiq edilir.
Dəfələrlə xəbərdar olunan, sözü kəsilən, iclas salonundan çıxarılan deputatın məsələsi Milli Məclisin sədrinin, yaxud komitə və ya komissiyanın sədrinin təqdimatı ilə baxılmaq üçün Milli Məclisin İntizam komissiyasına göndərilir. İntizam komissiyası bu məsələyə həsr olunmuş iclası 5 gün müddətində keçirməli və məsələyə baxarkən Milli Məclisin iclaslarının stenoqramlarından və videoyazısından istifadə edə bilər. İntizam komissiyanın qərarı ilə intizamı pozan deputata töhmət verilə bilər/modern.az