ABŞ-ın dövlət katibi Maykl Pompeo Türkiyəyə səfər edib.
Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, Pompeonun rəhbərlikk etdiyi heyət Türkiyədə Ərdoğanla görüşüb.
Məlumata görə, o, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxan jurnalist Camal Xaşuqçinin istintaqı və ikitərəfli münasibətləri Ərdoğanla müzakirə aparıb.
Görüşlə bağlı hələlik detallı rəsmi açıqlama verilməyib.