Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik dinamikası dayanmayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Mia.az-a verilən məlumata görə, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir. 

Qeyd olunub ki, sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.