"Bakı şəhər merinin seçkiləri keçiriləcək. Hakimiyyətin belə bir niyyətinin olduğu artıq
görünür".
Bu barədə Mia.az-a açıqlama verən Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə deyib ki, uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin
olunmaması da Bakı şəhər merinin seçki ilə seçiləcəyini təsdiqləyən
faktorlardan biridir.
"Çox güman ki, qanunverici baza hazırlayacaqlar. Azərbaycan
Avropa Prlamentinə daxil olarkən şəhər merinin seçilməsi ilə bağlı üzərinə
öhdəlik götürüb. İndi artıq bunu 2018-ci ildə gerçəkləşdirmək niyyətindədirlər.
Ona görə də mer təyinatı olmur. Çox güman ki, bu seçkilər olacaq. Elə bu səbəbdən də merin də səlahiyyətlərinin xeyli hissəsi alındı. Tikintiyə icazə verilməsi həmin
qurumdan alınaraq Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Nəqliyyatla
bağlı məsələlər Bakı Şəhər İcra Hakmiyyətindən alınıb ayrıca bir səhmdar
cəmiyyətə verildi. Bakı merinin səlahiyyətləri kifayət qədər kiçildildi, daha
yeni qurumlara, strukturlara verildi ki, Bakı meri də səlahiyyətləri çox geniş
olan təyinata sahib olmasın. Çünki seçkili orqanda onu çıxarmaq o qədər də sadə
məsələ deyil. Cinayətdən və könüllü istefadan mer vəzifəsini tərk etmir. Mən
hesab edirəm ki, bu tip məsələlərdə icra strukturlarının öncə görən və qarşısı
alınan bəzi tədbirlər görünür".