Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni şöbə müdiri təyin edilib.
Nazir Muxtar Babayevin əmri ilə Namik Xıdırov nazirliyin audit şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Namik Xıdırov bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə Şöbəsində sektor müdiri vəzifəsində çalışıb. Bundan əvvəl isə sözügedən vəzifəni Fərid İslamov icra edirdi/unikal.org
