Rusiya prezidenti Putinlə Türkiyə prezidenti Ərdoğan bu ilin sonunadək yenə görüşəcək.
Mia.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov açıqlama verib.
O bildirib ki, hazırda İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin təmsilçiliyi ilə "Suriya sammiti"nin keçirilməsi istiqamətində fəal iş aparılır: "Hazırda bu 4 ölkənin təşkilatçılığı ilə keçiriləcək sammitin tarixinin müəyyənləşdirilməsi üzərində danışıqlar gedir. Yqin ilin sonunadək bu, baş tutacaq".