"Fikrimcə, Rusiya prezidenti Vladimir Putin Ermənistana, təxminən, gələn il səfər edəcək”.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Doğrudan da, prezidentimizin Ermənistana səfərinin təşkil edilməsi müzakirə olunsa da, dəqiq tarixindən bəhs edilməyib”, - o, vurğulayıb.
Y.Uşakov deyib ki, iki dövlətin başçıları MDB-nin Düşənbədə keçiriləcək sammiti, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanada və Avroasiya İqtisadi İttifaqının Moskvada keçiriləcək sessiyaları çərçivəsində görüşəcəklər.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i Rusiya prezidenti Vladimir Putinin bu il sentyabrın sonunda Ermənistana səfər edəcəyi barədə məlumat yaymışdı/Report.