Bakı İslam Universiteti fəaliyyətini dayandırır.
Mia.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib:
"Tələbələr topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər. Aldığım məlumata görə, artıq bu il birinci kursa qəbul olan tələbələr artıq köçürülüb".
***
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Bakı İslam Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanla bu il qəbul olan tələbələr artıq Azərbaycan İlahiyyat İnstitutuna köçürülüblər. II, III, IV kurslar təhsillərini BİU-da davam etdirəcəklər.