Bakıda səhər saatlarından etibarən güclü yağış yağmağa başlayıb.
Bu saata qədər yağan yağış hələ də şəhərin bir çox ərazilərində kəsməyib. Paytaxt küçələrində və çökək ərazilərdə sel sularının yaranmasına baxmayaraq şəhər təsərrüfatına ciddi ziyanın dəymədiyi bildirilir.
Aramsız yağan yağışın ciddi fəsadlar törətməməsi üçün müəyyən qurumlar tərəfindən tədbirlər görülür.
***