Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik
etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi ilə Vergilər Nazirliyi arasında
məhkəmə qalmaqalı davam edir.
Xatırladaq ki, bu ilin I rübündə
Vergilər Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsində yoxlama aparmaq
qərarını verib. Daha doğrusu, bu nazirliyin Kommersiya Hüquqi Şəxslərin
Dövlət Qeydiyyatı İdarəsi Əmlak Məsələləri Dövlət Komitəsində yoxlama
qərarı verib: «Lakin hansısa səbəbdən komitə rəhbərliyi bu qərarla
razılaşmır. Bunun üçün də məhkəməyə üz tutaraq Vergilər Nazirliyi
Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin bəzi
qərarlarının ləğv edilməsinə çalışırlar.
Mia.az-n məlumatına
görə, «Əmlak Məsələləri Dövlət Komitəsinin Vergilər Nazirliyinin
adıçəkilən departamentinin qərarının ləğv edilməsi tələbinə 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya
Məhkəməsində davam edir: «1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin
qərarından verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin hakim Səriyyə
Seyidovanın sədrliyi ilə araşdırılır. Hakim Səriyyə Seyidova icraatında
olan bu iş üzrə iyulun 9-na iclas saatı təyin edib. Çox böyük ehtimala
artıq 3 aydır qərar verə bilməyən hakim həmin günü qərarını
açıqlayacaq».
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Komitə ilə nazirliyin məhkəməsindən yeni xəbər
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19