İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub.
Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.
Xatırladaq ki, bundan əvvəl sözügedən baş idarənin rəisi vəzifəsində Mirzə Mirzəyev çalışıb. O, bu ilin fevralında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.