Vergilər Nazirliyi bir müddət əvvəl adı və rəhbər heyəti dəyişdirilən
"Bank Technique” ASC (Texnikabank) haqda səyyar yoxlama aktı tərtib
edib. Nazirliyin bu qərarı isə bank rəhbərliyini qorxuya salıb.
Bu
barədə mia.az-a daxil olan məlumata görə, aylardır bank bu akt və
qərarın ləğv edilməsi üçün çalışır: «Ancaq hələ ki istəyinə nail ola
bilməyib».
Məlumata görə, bankın yeni rəhbərliyi Vergilər
Nazirliyinin, daha doğrusu, bu nazirliyin yanında Xüsusi Rejimli Vergi
Xidməti Departamentinin qərarını ləğv etdirmək məqsədiylə məhkəməyə
müraciət edib: «Artıq işə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə də
baxılıb. Lakin sözügedən məhkəmənin verdiyi qərardad bank rəhbərliyini
qane etməyib. Ona görə də birinci məhkəmə instansiyasının qərardadından
apellyasiya şikayət verilib».
Şikayətin artıq Bakı Apelyasiya
Məhkəməsində icraata qəbul edilərək, araşdırılıb: «Bakı Apellyasiya
Məhkəməsində bu şikayətə hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılıb.
Hakim 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadını qüvvədə
saxlayıb. Bu isə o deməkdir ki, "Bank Technique” ASC Vergilər Nazirliyi
yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin akt və qərarını
ləğv etdirmək üçün Ali Məhkəməyə müraciət etməlidir».
Məsələ ilə bağlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
“Bank Technique” ASC nazirlikdən nə istəyir?
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19