Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə
qanunvericiliyinin tələblərini pozmuş 782 əcnəbi aşkar edilib.
DMX-nin
mətbuat xidmətindən verilən məlumata görə, 01.07.2013-05.07.2013-cü il
tarixlərdə Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və
rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində
782 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan
Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl
etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən
edilib, onlardan 41 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində
yaşamaları leqallaşdırılıb.
Bundan başqa, 689 əcnəbi barəsində
Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 44
əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları
barədə qərarlar qəbul edilib. Həmçinin, 8 nəfər əcnəbinin Azərbaycan
Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən,
onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.
Ümumiyyətlə,
həftə ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma
müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin
verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq
mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək
fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və
mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1782 müraciət
daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan
Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və
müvafiq qərarlar qəbul edilib.
Ötən həftə ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 12873 nəfər əcnəbinin müraciəti qeydə alınıb.
Bununla
yanaşı, işəgötürən tərəfindən ölkə qanunvericiliyinin tələblərini
pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan
şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar
edilərək qarşısının alınması məqsədilə də Xidmətin əməkdaşları
tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 15 sahibkarlıq
subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 10
sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində
haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin
verilməsi qaydalarının pozulması halları aşkar edilib(Trend).
Miqrasiya Xidmətinin "əcnəbi ovu" davam edir: 782 əcnəbi qanunu pozub
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08