Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə,
qəzaya uğrayan 214 saylı sərnişin avtobusudur. Dəhşətli qəza bu gün
səhgər saat 08:10 radələrində aeroport yolunda baş verib. Qəza zamanı 3
nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Ölənlərin kimliyi
araşdırılır. Yaralılar 18 yaşlı Vüqar Rəhimli və 28 yaşlı Elşən Kərimov
xəstəxanaya yerləşdirilib.
Qəza zamanı aeroport yolunda böyük tıxac yaranıb. Hazırda yol polisləri tıxacın aradan qaldırılması istiqamətində çalışırlar.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məluma görə, qəza
nəticəsində dünyasını dəyişənlərin 1980-ci il təvəllüdlü Fariz Rəşid
oğlu Məmmədov və 36 yaşlı Tahirə Əyyub qızı Məmmədova olduğu məlum olub.
Polisdən həmçinin bildirilib ki, baş vermiş ağır yol nəqliyyat hadisəsi
ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət
işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
***10.13
Bu gün səhər saat 08:10 radələrində aeroport şossesində ağır yol qəzası
baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən
məlumata görə, aeroport şossesində sərnişin avtobusu ilə minik maşını
toqquşub.
Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Dünyasını dəyişən şəxslərin 2-si qadın, 1-i kişi olub.
Bakıda dəhşətli qəza: 3 ölü, 2 yaralı (YENİLƏNİB)
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08