Mikayıl Cabbarov Misir Mərdanovun sadiq adamlarını yoxlatdırır?
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin fəaliyyəti ilə bağlı daxili təftiş başlayıb. Məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun tapşırığı əsasında aparılan təhqiqat nəticəsində B.Hüseynzadənin rəhbərlik etdiyi ?Azərbaycan müəllimi? qəzetinin fəaliyyətində çoxlu sayda nöqsanlar və maliyyə maxinasiyaları aşkarlanıb. Belə ki, əsasən ?Azərbaycan müəllimi? qəzetinin abunə sistemi ilə bağlı ciddi maliyyə pozuntuları üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, M.Cabbarov B.Hüseynzadənin könüllü olaraq işdən getməsini tələb edib, əks halda, toplanmış materialların istintaq orqanlarına təhvil veriləcəyi ilə hədələyib.
Qeyd edək ki, B. Hüseynzadə Təhsil Nazirliyində tutduğu yüksək postla yanaşı, nazirliyin mətbuat orqanı olan ?Azərbaycan müəllimi? qəzetinin də baş redaktorudur.
B.Hüseynzadə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və universitetin mətbuat orqanının baş redaktoru olub. O, həmin illərdə BDU-nun rektoru işləyən eks-təhsil naziri Misir Mərdanova yaxınlığı ilə seçilib. M.Mərdanov nazir postuna təyin olunduqdan sonra B.Hüseynzadəni də özü ilə nazirliyə gətirib(Avropa.info).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08