Azərbaycan Prezidenti İlham Əliyevin Şirvan şəhərinə səfəri başlayıb. SalamNews-un məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Şirvan şəhərinin mərkəzindəki parkda abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident sonra ?Cənub? İstilik Elektrik Stansiyasının açılış mərasimində iştirak edib.