Milli Şuradan iqtidara çağırız: ?Hakimiyyətlə dialoqa hazırıq?
?Demokratik düşərgə, o cümlədən Milli Şura hakimiyyətlə həmişə dialoqa hazırdır?. Bunu Modern.az-a açıqlamasında ?El? Hərəkatının Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev iqtidarla yeni yaranmış birlik arasında dialoqun perspektivini şərh edərkən deyib. O qeyd edib ki, danışıqlar yüksək səviyyədə aparılmalıdır.
?Dialoq hakimiyyətin yüksək vəzifəli məmurları və prezidentin iştirakı ilə olmalıdır?-deyə o, vurğulayıb. Onun sözlərinə görə dialoq və müzakirələr boş, cəfəng bəyanatlar verən YAP funksionerləri səviyyəsində aparılmamalıdır. ?El? rəsmisi müzakirələrin mövzusuna da toxunub:
?Heç şübhəsiz ki, Qarabağ münaqişəsi prioritet olmalıdır. Eyni zamanda avtoritarizmdən demokratiyaya keçid, şəffaf və ədalətli seçkiləri keçirilməsi də müzakirə olunmalıdır?-deyə E.Quliyev bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08