ilham Əliyev Daxili Izlər Nazirliyi ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev bu gün Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan dövlət başçısı ?Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri?ni ?Dövlət rüsumu haqqında? Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə? Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 558-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıb:
"Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli 1499 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ? 6, maddə 515, ? 7, maddə 622; 2011, ? 9, maddə 811) ilə təsdiq edilmiş ?Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri?nin 1.44-cü bəndinin birinci yarımbəndində ?bayrağı? sözündən əvvəl ?Dövlət? sözü əlavə edilsin".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08