Müdafiə Nazirliyindən paradla bağlı açıqlama: "300 texnika və silah, 100-dən çox təyyarə..."
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Azadlıq Meydanında sabah keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan açıqlamaya görə, son illər yeni istehsal olunan və modernləşdirilmiş texnika, o cümlədən müasir silah sistemlərinin nümayişi ilə yadda qalacaq hərbi parada 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri general-polkovnik Səfər Əbiyev verəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08