Azərbaycanın ?ikinci iqtidar partiyası? adlandırılan Dünyəvi Azərbaycan Partiyası prezident seçkiləri ilə bağlı sensasion qərar qəbul edib. Partiyanın toplantısında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın namizədliyi irəli sürülüb. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürüb. Mütəxəssislərin fikrincə, DADP-nin qərarı isə hakimiyyətin yeni strategiyasından xəbər verir.